Bakı sakini odlu silahla tutulub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsi 2-ci Polis Şöbəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçiriblər. Nəticədə üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş, paytaxt sakini 47 yaşlı Rüfət Bayramov saxlanılıb.
Onun üzərinə baxış zamanı 1 ədəd lüləsi və qundağı kustar üsulla kəsiımiş “TOZ-8” modelli tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb. R.Bayramov silahı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.