Bakıda bıçaqlanma hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə noyabrın 24-də Suraxanı qəsəbəsi ərazisində qeydə alınıb. Yevlax rayon sakini olan bir nəfərə kəsilmiş-deşilmiş xəsarət yetirilib.
Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 35 yaşlı B.Abdullayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.