Bakıda ruhi xəstə olan qadın intihar edib.
Lent.az-ın əldə etdiyi məlumata görə, 64 yaşlı Roza Musayeva aprelin 5-də Nizami rayonunda yaşayış binasının 12-ci mərtəbəsindən özünü ataraq, həyatına son qoyub.
R.Musayevanın həmin binanın aşağı mərtəbələrində yaşadığı bildirilir.
Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.