Bakıda qadın müğənninin öldürülməsi ilə bağlı  YENİ XƏBƏR
05 mart 2021 11:41 (UTC +04:00)

Bakıda qadın müğənninin öldürülməsi ilə bağlı YENİ XƏBƏR

2020-ci ildə Bakıda qətl törədən Murad Şamilovun cinayət işi üzrə ibtidai istintaq tədbirləri yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azər Paşayevin icraatına verilib.

Xatırladaq ki, hadisə paytaxtın Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən “Salt” hoteldə baş verib. Sentyabrın 3-də, gecə saat 2.00-da 39 yaşlı Murad Şamilov həyat yoldaşı, 35 yaşlı Şahanə Şamilovaya 18 bıçaq xəsarəti yetirib.

Qadın hadisə yerindəcə ölüb və kişi polisə gedərək törətdiyi əməli etiraf edib. Məlum olub ki, cütlük ayrı yaşayıb. Şahanə Şamilova boşanma üçün məhkəməyə müraciət edib.

Qətldən əvvəl Murad Şamilov ona zəng vurub və boşanma ilə bağlı danışmaq üçün “Salt” hotelində görüş təyin edib. Qadın onun təklifini qəbul edib. Onların görüşü faciə ilə bitib.

Qeyd edilir ki, qadın paytaxt restoranlarının birində müğənni kimi çıxış edirmiş. Onların iki azyaşlı övladı var.

İstintaq orqanı Murad Şamilovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edib.

# 6708
avatar

Mehman Nəbiyev

Oxşar yazılar