Bakıda soyğunçuluq hadisəsi olub.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini S.Yağıbəyovun mobil telefonu soyğunçuluq yolu ilə əlindən alınıb.
Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakinləri Zülfiyyə Həsənova və Murad İbrahimov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.