Bakıda məktəbdən oğurluq edilib.
Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, yanvarın 25-də Nizami rayonu ərazisindəki orta məktəblərin birindən 3310 manat dəyərində 3 ədəd proyektor oğurlanıb.
Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.İdrisov saxlanılıb.