Bakıda məşhur kafedə müştərinin qətli ilə bağlı YENİ XƏBƏR
30 avqust 2021 15:11 (UTC +04:00)

Bakıda məşhur kafedə müştərinin qətli ilə bağlı YENİ XƏBƏR

Prokurorluq Bakıda kafedə baş verən qətllə bağlı məlumat yayıb.

Xətai rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, avqustun 30-da saat 8:10-da 41 yaşlı Mustafayev Vüqar İlham oğlunun aldığı xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Berlin Pub” kafesində mühafizəçi işləyən 34 yaşlı Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə sonuncunun xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.

Orxan Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3690
avatar

Mehman Nəbiyev

Oxşar yazılar