Bakıda maşından külli miqdarda narkotik tapıldı
24 iyun 2021 13:54 (UTC +04:00)

Bakıda maşından külli miqdarda narkotik tapıldı

Bakıda narkotik alverçisi saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini B.Sadıqov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə ona məxsus “Hyundai” markalı avtomobilin yük yerinə baxış zamanı isə oradan 10 kiloqram 125 qram marixuana götürülüb.

# 1173
avatar

Mehman Nəbiyev

Oxşar yazılar