Bakıda oğurluq edən dəstə üzvləri
23 mart 2021 14:43 (UTC +04:00)

Bakıda oğurluq edən dəstə üzvləri

Bakıda ev yaran dəstə üzvləri tutuldu - VİDEO

Bakının Sabunçu rayonunda bağ evindən
oğurluq edən şəxslər saxlanılıblar.

DİN mətbuat xidnətindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Ləhiş bağlarında yerləşən yeni tikilməkdə olan evlərdən birindən oğurluq edən şəxslər saxlanılıblar. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakinləri Mahir İsmayılov, Samir Həsənzadə, eləcə də Asim Hüseynov və Samir Yusifov tutulublar. Araşdırma zamanı onların qeyd edilən bağ evindən 2 ədəd ümumi dəyəri 3000 manat olan kombi aparatları, həmçinin digər məişət əşyaları oğurladıqları məlum olub. 
Qeyd edək ki, oğurlanan kombi aparatları S.Həsənzadənin yaşadığı evdən aşkar olunaraq maddi sübüt kimi götürülüb.
Faktla bağlı 42-ci Polis Bölməsində toplanan materiallar Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Bu şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Bakıda evlərdən oğurluq etdilər

# 1662
avatar

Mehman Nəbiyev

Oxşar yazılar