Bakıda ərinin boğazını kəsib öldürən qadın yenidən MƏHKƏMƏDƏ
04 mart 2021 10:37 (UTC +04:00)

Bakıda ərinin boğazını kəsib öldürən qadın yenidən MƏHKƏMƏDƏ

Ərini öldürməkdə təqsirli bilinən Şəhanə Fəxrətovanın apelyasiya şikayətinə baxılıb.

Lent.az-ın məlumatına görə, martın 1-də Bakı Apelyasiya Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Belə ki, təqsirli bilinən qadın barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin bu il fevralın 1-də verdiyi qərar dəyişdirilmədən saxlanılıb.

Həmin qərara əsasən Ş.Fəxrətova 11 il azadlıqdan məhrumetmə ilə cəzalandırılıb.

Qeyd edək ki, hadisə 2019-cu ilin iyul ayında baş verib. 33 yaşlı Ruslan Fəxrətov boğazını bıçaqla kəsərək intihar etməsi və qanaxmadan dünyasını dəyişməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq araşdırmaları zamanı hadisənin intihar deyil, qətl olduğu ortaya çıxıb. Məlum olub ki, o, həyat yoldaşı Fəxrətova Şahanə Məstalı qızı tərəfindən qətlə yetirilib. Qadına Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

30 yaşlı Şahanə Fəxrətova 2012-ci ildən Ruslan Faxrətova ilə rəsmi nikahda olub. İttihama görə, 33 yaşlı Ruslan Fəxrətov Şahanə Fəxrətovanın ona xəyanət etdiyini bildirib və rüsvay olmaqdan çəkinən qadın ərinin boyun və bel nahiyəsindən iki zərbə vuraraq onu qətlə yetirib.

Qadın isə ifadəsində bildirib ki, Ruslan onu bıçaqla vurmaq istəyərkən itələdiyinə görə, o xəsarət alıb.

# 3273
avatar

Mehman Nəbiyev

Oxşar yazılar