Bakıda dostlar arasında BIÇAQLAŞMA:  1 ölü, 1 yaralı - YENİLƏNİB
08 iyun 2026 15:15 (UTC +04:00)

Bakıda dostlar arasında BIÇAQLAŞMA: 1 ölü, 1 yaralı - YENİLƏNİB

0

Bakıda dostunu öldürən tutulub.

Lent.az xəbər verir ki, iyunun 7-si saat 01 radələrində Pirşağı qəsəbəsinin ərazisində Bakı şəhər sakini, 1999-cu il təvəlüdlü Sakit Piriyev münaqişə zəminində bıçaqla paytaxt sakinləri - 1986-cı il təvəlüldlü Müzahir Xələfovun döş nahiyəsinə daxilə nüfuz edən və 1983-cü il təvəllüdlü Balağa Ağayevin qol nahiyəsinə xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən M.Xələfov ölüb. 

B.Ağayevə ilkin tibbi yardım göstərilib.

S.Piriyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib.

***

saat 14:09

Bakıda qətl törədilib. 

Lent.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. 

Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Xələfov Məzahir Xanoğlan oğlu dostu tərəfindən bıçaqlanaraq qətlə yetirilib. 

Araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1662

Oxşar yazılar