Bakıda DƏHŞƏT:  paltar yumadığı üçün sevgilisini 64 bıçaq zərbəsi ilə  öldürdü
18 sentyabr 2023 20:15 (UTC +04:00)

Bakıda DƏHŞƏT: paltar yumadığı üçün sevgilisini 64 bıçaq zərbəsi ilə öldürdü

CİNAYƏT İŞİ 

Qısa arayış...

2022-ci il fevralın 23-ü saat 11 radələrində Xəzər rayonu Qala qəsəbəsində Sevinc Cəfərovanın qətlə yetirilir. Məlumatla əlaqədar polis və prokurluq əməkdaşları məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçiriblər.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəllsəinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbİ ekspertizasının rəyinə görə, Sevinc Cəfərovanın bədən səthində 64 ədəd bıçaq yarası aşkar edilib. 
 
Həmin gecə cinayəti törətməkdə şübhəli bilinən Samir Sadıqov Bərdə rayonunda, qohumunun evində saxlanılaraq, Xəzər rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Anket məlumatlarına əsasən, Sadıqov 1992-ci ildə Ağdam rayonunda anadan olub, əvvəllər məhkum olunmayıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, fevralın 23-ü səhər saat 9 radələrində Samir Sadıqov yaxın münasibətində olduğu Sevinc Cəfərovaya su qızdırıb onun paltarlarını yumasını deyib. Cavab olaraq qadın bunu etməyəcəyini bildirdikdə, qəzəblənib və sevgilisini öldürmək məqsədi ilə mətbəxdən bıçaq götürüb. Müstəsna dərəcədə rəhmsizlik nümayiş etdirərək, Cəfərovanın üzünə, boyununa, gicgahına, qollarına və əllərinə ardıcıl zərbələr endirib. Bu hərəkəti ilə, Sadıqov zərərçəkmişi qəsdən həyatdan məhrum edib.
 
İş üzrə dindirilmiş Samir Sadıqov bildirib ki, 2022-ci il fevralın 1-dən Qala qəsəbəsinin Xaşa-Xuna bağlar massivində Anar adlı şəxsə məxsus fermasında, aylıq 300 manat müqabilində işləməyə başlayıb:

Samir Sadıqov

“Həmin həyətdə olan daha bir tikilidə Sevinc, Rəşad və Elvin adlı övladları ilə qalırdı. Qadınla yaxın münasibətimiz yaranmışdı. Tanışlığımızın 3-cü günündə Sevincin qaldığı otaqda cinsi əlaqədə olmuşuq. 2-3 gündən bir Cəfərova məni yanına çağırırdı. Hətta evlənmək barədə düşünürdük. Aramızda ümumiyətlə mübahisə olmamışdı. Axırıncı dəfə fevralın 18-də bir yerdə qalmışıq. Ayın 23-də səhər Sevinc heyvanları sağıb, evinə gəldi. Birlikdə yemək yeməyə hazırlaşırdıq. Həmin vaxt bir övladı məktəbdə, digəri isə heyvanların yanında idi. Qızmağa su qoyub, paltarlarımı yumağını bildirəndə Sevinc acıqlı şəkildə işi olduğunu dedi. “Mən sənin üçün paltar yuyan deyiləm, özün yuyarsan”, cümləsini işlətdi. Qadının nalayiq ifasədindən çox qəzəbləndim və iradımı bildirib, niyə atamı söydüyünü soruşdum. Cəfərova “yaxşı elədiyini” deyəndən sonra, keçib mətbəx otağından bıçağı götürdüm. Üzbəüz dayanmaqla, ona fasiləsiz xəsarətlər yetirməyə başladım. Bıçaq zərbələrindən sonra Sevinc ağzı üstə yerə yıxıldı və artıq səsi çıxmadı. Hadisə baş verəndə təxminən saat 9 radələri olardı.

Tutulacağımdan qorxduğum üçün “20 Yanvar” metrostansiyasına, ordan isə taksi ilə Bərdə rayonuna getdim. Qohumum Məhər Məmmədova hadisə barədə heç nə demədim, sadəcə bir günlük rayona gəzməyə gəldiyimi dedim. Az sonra Məhərin Namiq adlı kiçik oğlu zəng vuraraq, atasına Bərdə rayon Polis Şöbəsinə çağırıldığını və Sadıq adlı şəxsin axtarıldığını bildirdi. Artıq axtarışda olduğumu anladım və qohumuma heç nə demədən, tələsik evdən çıxdım. Bir neçə saat gəzəndən sonra saat 20 radələrində əmim Telmanın evinə getdim. Gecə yatan zaman polis əməkdaşları evə gələrək, məni tutdular”.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Nicat Quliyev ifadəsində göstərib ki, Sevinc Cəfərova onun doğma bacısı olub:

Hadisə baş verən ev

“Sevinci bibisi böyüdüb. 2006-cı ildə atam narazı olsa da, o, Kamil adlı şəxslə ailə həyatı qurdu. Bacımın həmin nikahdan Rəşad adlı oğlu doğuldu. Bir neçə ildən sonra isə əri vəfat etdi. Buna görə Sevinc övladı ilə bibimin evinə qayıtdı. Sonra bacım Səxavət adlı şəxslə tanış oldu. Bibim öləndən sonra, Sevinc həmin evi satdı. Səxavətlə ayrılan bacım Beyləqan rayonundan Bakıya gəldi və Qala qəsəbəsində yerləşən fermada işləməyə başladı. Bu müddət ərzində mənimlə əlaqə saxlayırdı. 2022-ci il fevralın 23-də Xəzər rayon Polis İdarəsindən zəng edən polis əməkdaşı Sevincin qətlə yetirildiyini xəbər verdi. Həmin gün Bakıya gəlib meyiti təhvil aldım və rayona apararaq, dəfn etdim. Hadisə barədə ümumiyyətlə məlumatım yoxdur.

Bacımın kim tərəfindən və hansı səbəbə görə öldürüldüyünü bilmirəm”.


 
Şahid Elvin Quliyev bildirib ki, baş vermiş hadisədən bir həftə əvvəl rayondan Bakıya gələrək, Qala qəsəbəsində Anar Əliyevə məxsus təsərrüfatda, orda qalmaq və gündəlik yemək müqabilində işləyib:

“Samir sakit, utancaq insan idi, heç kimlə problemi olmayıb. Bir həyətdə qaldığımız müddət ərzində Sevinclə Samirin arasında yaxın münasibət olmasını hiss etməmişdim. Fevralın 23-ü saat 8 radələrində heyvanları otarmağa apardım. Bir neçə saatdan sonra ferma sahibi zəng vurub, Sevincin özünü öldürdüyünü və dərhal ora getməyimi bildirdi. Qayıdanda, həyətdə heç kim yox idi, 2-3 dəqiqə sonra polis əməkdaşları və Anar Əliyev gəldilər. Məlum oldu ki, Sevinc qətlə yetirilib. Bir azdan mərhumun oğlu Rəşad məktəbdən gəldi. Hadisəni gizlətməyə çalışsaq da, o, anasının öldüyünü başa düşdü. Uşaq, anası ilə Samirin arasında yaxın münasibət olmasını dedi. Növbəti gün Samir Sadıqovun tutulduğunu eşitdim”.


 
Şahid Təbriz Orucov ifadəsində 4 ildir ki Qala qəsəbəsində Anar Əliyevə məxsus həyətdə, gündəlik 15 manat müqabilində işlədiyini deyib:

“2020-ci ilin dekabr ayında orda işləyən Xuraman adlı qadın ferma sahibinə Sevinc adlı həmyerlisinin iş axtardığını dedi. Anar Əliyev razılıq verəndən sonra, Sevinc oğlu ilə gəldi və işə başladı. Cəfərova əmək haqqı almırdı, övladı ilə nəyəsə ehtiyacları olduqda Anar Əliyev onlara kömək edirdi. 2022-ci ilin fevral ayından işə başlayan Samir Sadıqovla Sevinc Cəfərova arasında hər hansı mübahisə olmasını görməmişəm.

Fevralın 23-ü saat 10 radələrində həyətə daxil olub qadını səsləsəm də, o, cavab vermədi. İçəri girəndə Sevincin mətbəx otağında qan içində, ağzı üstə yerdə uzandığını gördüm. Əvvəl onun özünə qəsd etməsini düşündüm. Qorxduğumdan Sevincə yaxınlaşmadım. Dərhal Anar Əliyevə zəng vuraraq məlumat verdim. Ferma sahibi də dərhal maşınla gəlib onu götürməyimi tapşırdı. Ora gedənə qədər Anar 102 xidmətinə məlumat verdi. Hadisədən sonra Samirlə Sevincin sevgili olduqlarını bildim”.

Ancaq onların bundan xəbəri olmayıb. Cinayətin nəyə görə baş verdiyini bilmir.
 
Məhkəmə iclasında Samir Sadıqov ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsin qanuna müvafiq cəzalandırılmasını istəyib.
 
Məhkəmə hesab edib ki, ibtidai istintaq orqanı tərəfindən Samir Sadıqovun əməli düzgün olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilib. Ona, ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssiəsində çəkməklə Samir Sadıqov 18 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9174
avatar

Oxşar yazılar