Bakıda DƏHŞƏT:  kişi sevgilisi və qızını bıçaqladı, ölən var
02 fevral 2023 09:21 (UTC +04:00)

Bakıda DƏHŞƏT: kişi sevgilisi və qızını bıçaqladı, ölən var

Fevralın 2-si, saat 1 radələrində Sabunçu rayonu ərazisində 14 yaşlı Günay Şadatovanın xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Sabunçu rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı Zaur Babayevin bıçaqla 43 yaşlı Əfsanə Şadatovaya, həmçinin onun qızı Günaya xəsarət yetirməsi və  sonuncunun aldığı xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

***

Bakıda qətl hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə fevralın 2-də saat 1 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. 43 yaşlı Əfsanə Şadatova və onun qızı 14 yaşlı Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı polisə məlumat daxil olub.  

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 42 yaşlı Zaur Babayev müəyyən olunaraq saxlanılıb. 

Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.

Araşdırma aparılır.

# 6501
avatar

Oxşar yazılar