İyunun 21-də saat 4 radələrində Sumqayıt şəhər sakini F.Səbziyevin idarə etdiyi “Saipa” markalı avtomobildə sərnişin qismində oturan naməlum şəxs onu beşbarmaqla hədələyərək 75 manat pulunu alıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Cəfərov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.