Bakıda 20 yaşlı bacısını qətlə yetirməkdə təqsirləndirilən Təbriz Qasımovun məhkəməsi başlayıb.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən hazırlıq prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə qısa müşavirədən sonra işin baxışa verilməsi haqda qərar qəbul edib.
Məhkəmənin ilk baxış iclası noyabrın 18-nə təyin edilib.
Xatırladaq ki, bu il iyulun 1-i səhər saat 7 radələrində Binəqədi rayonu Rəsulzadə qəsəbəsində 20 yaşlı Təhminə Qasımovanın öldürülməsi barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub. Cinayəti törədən 27 yaşlı Təbriz Qasımov könüllü polisə təslim olub.
Araşdırma zamanı məlum olub ki, Təbriz Qasımov aralarında yaranan mübahisə zamanı bacısını boğaraq qətlə yetirib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Təhminə Qasımovanın ölümünə — mexaniki asfiksiya səbəb olub.
Binəqədi rayon prokurorluğu tərəfindən təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə ittiham verilib.

Bakıda bacısını boğub öldürən qardaşın məhkəməsi BAŞLADI - VİDEO
0
0
0
0
Oxşar yazılar

Oliqarx İsgəndər Mahmudov barəsində BİLİNMƏYƏNLƏR
4 sentyabr 2025 , 15:15
Bakıda kişi TikTok-a görə arvadının burnunu qırdı
4 sentyabr 2025 , 14:23
Avtoritet “Artyom Xoxol”un YENİ ƏMƏLLƏRİ – Pul üçün nələr etdilər?
4 sentyabr 2025 , 11:51
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəmə işi ilə bağlı YENİ XƏBƏR
3 sentyabr 2025 , 18:38
Azərbaycanlılara "nəzarət edən" "qanuni oğru"ya cinayət işi açıldı
3 sentyabr 2025 , 17:00
Biznesmeni oğurlayan polislər saxlanıldı
3 sentyabr 2025 , 14:46
Avropa çempionunu öldürdü, həbs olunmadı - "Qız söhbəti" "pul söhbəti"nə necə çevrildi?
2 sentyabr 2025 , 20:15