Bakıda 1 ay əvvəl qətl törədən saxlanıldı
21 may 2021 13:36 (UTC +04:00)

Bakıda 1 ay əvvəl qətl törədən saxlanıldı

Bakıda qətl törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinnin 6-cı Polis Bölməsinə aprelin 10-da Biləcəri qəsəbəsi ərazisindən qəsəbə sakini Cavad Allahverdiyevin ürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən İmişli rayon sakini R.Rəhmanov müəyyən edilərək idarə etdiyi “VAZ-21214” markalı avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1641
avatar

Mehman Nəbiyev

Oxşar yazılar