Dekabrın 4-ü saat 21 radələrində Şabran rayonu Çaraq kənd sakini, 23 yaşlı Nəcibə İsayevanın yaşadığı evin həyətində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şabran rayon Prokurorluğundan Lent.az-averilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 29 yaşlı Rüfət Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəcibə İsayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rüfət Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.