Bacısını incitdiyi üçün yeznəsini öldürdü
06 iyun 2024 12:54 (UTC +04:00)

Bacısını incitdiyi üçün yeznəsini öldürdü

Türkiyədə kişi yeznəsini öldürüb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Adana şəhərinin Yüreğir qəsəbəsində baş verib. Bir uşaq atası 23 yaşlı Samet Gençdal qaynı 37 yaşlı Ali Yeşilbudak ilə görüşüb.

Görüş zamanı tərəflər arasında münaqişə yaşanıb və Ali Yeşilbudak tapança ilə yeznəsinin ayağından vuraraq qaçıb. İki gün xəstəxanada qalan zərərçəkən orada ölüb.

Polisin keçirdiyi əməliyyat tədbirləri ilə cinayətkar bir binada gizləndiyi yerdə saxlanılıb. O, ifadəsində “bacımı incidirdi, danışmaq üçün görüşdük. Öldürmək istəmirdim” deyib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2655
avatar

Oxşar yazılar