Azyaşlı qızları fahişəliyə cəlb edən qadınla bağlı  YENİ XƏBƏR
24 may 2021 16:47 (UTC +04:00)

Azyaşlı qızları fahişəliyə cəlb edən qadınla bağlı YENİ XƏBƏR

Bakıda azyaşlı qızları fahişəliyə cəlb etməkdə şübhəli bilinən Sədaqət Əhmədovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilib. İş hakim Famil Nəsibovun icraatına verilib.

İş üzrə 8 azyaşlı qız zərərçəkən qismində çıxış edir. S.Əhmədova barəsində Cinayət Məcəlləsinin 171.1-ci ( yetkinlik yaşına çatmayanı fahişəlik və ya digər əxlaqsız əməllərə cəlb etmə) maddəsilə ittiham elan olunub.

Qeyd edək ki, Sədaqət Əhmədova bu il yanvar ayında şübhəli şəxs qismində saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3507
avatar

Mehman Nəbiyev

Oxşar yazılar