Kriminal avtoritet Ruslan Nəzərli ailə qurduğu müğənni Həmidə Hüseynova ilə
18 sentyabr 2021 10:36 (UTC +04:00)

Kriminal avtoritet Ruslan Nəzərli ailə qurduğu müğənni Həmidə Hüseynova ilə

Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi - FOTO

Uzun illər Rusiyada həbsdə olan və kriminal aləmdə "Bərdəli Ruslan" kimi tanınan kriminal avtoritet Ruslan Nəzərli gənc müğənni ilə ilə ailə həyatı qurub.

Lent.az xəbər verir ki, o, “Kristall” qrupunun keçmiş solisti Həmidə Hüseynova ilə evlənib.

Qeyd edək ki, "Bərdəli Ruslan" 2012 -ci ildə Rusiya Daxili İşlər Nazirliyinin Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin rəisi polkovnik-leytenant Sergey Tarasovu döydüyü üçün saxlanılıb.

Kaluqa şəhər məhkəməsi Ruslan Nəzərlini dövlət qulluqçusuna qarşı zorakılıq, qanunla nəzərdə tutulmayan silahlı birləşmələr yaratmaq və bir neçə soyğunçuluq ittihamı ilə 10 il 5 ay həbs cəzasına məhkum edib.

Ruslanın qardaşı Dadaş Nəzərli də kriminal aləmdə tanınmış şəxsdir.

Ruslan və Dadaş mərhum “qanuni oğru” Rövşən Lənkəranski ilə yaxınlıqlarına görə də tanınırlar.

# 11460
avatar

Oxşar yazılar