Azərbaycandakı dəhşətli qətlin ŞOK TƏFƏRRÜATLARI Lent.az-da:  Dördüncü arvadı öldürübmüş...
20 may 2021 14:05 (UTC +04:00)

Azərbaycandakı dəhşətli qətlin ŞOK TƏFƏRRÜATLARI Lent.az-da: Dördüncü arvadı öldürübmüş...

Neftçalada baş verən qətl hadisəsi ilə bağlı bir sıra detallar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, ailədə daim dava-dalaş olub. Bildirilir ki, qətlə yetirilən Qalib Əsgərov spirtli içki aludəçisi imiş. Hadisə baş verən zaman da içkili olub. Ş.Məhərrəmova münaqişə zamanı sərxoş ərini kürəklə vuraraq öldürüb. Sonra cəsədi yandırıb və həyətdə basdırıb.

Həyətdə basdırılan meyiti isə onların polis işləyən qonşusu aşkar edib.

Onu da bildirək ki, Şahzadə Məhərrəmova Qalib Əsgərovun 4-cü arvadıdır. Qətlə yetirilən kişi 4 dəfə ailə həyatı qursa da, onun övladı yoxdur. Əvvəllər traktor sürücüsü işləyib. Son zamanlar o və arvadı işsiz olublar.

***

Saat: 13:16

Neftçala rayonunda itkin düşən kişinin yandırılmış meyiti aşkar edilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu il mayın 17-də Lerik rayon sakini, 61 yaşlı Məhərrəmova Şahzadə Nəzir qızı kənd icra nümayəndəliyinə müraciət edərək, qeyri-rəsmi nikahda olduğu Neftçala rayon Aşağı Surra kənd sakini, 65 yaşlı Əsgərov Qalib Cabir oğlunun 11 may tarixində itkin düşməsi barədə məlumat verib.

Neftçala rayon Polis Şöbəsinin və Neftçala Rayon Prokurorluğunun apardığı əməliyyat-istintaq tədbirləri nəticəsində itkin düşən şəxsin öz həyat yoldaşı Şahzadə Məhərrəmova tərəfindən qətlə yetirildiyi məlum olub.

Şahzadə Məhərrəmova saxlanılaraq etdiyi cinayət əməlini etiraf edib və qeyd edib ki, həyat yoldaşı Qalib Əsgərovu öldürdükdən sonra yandıraraq öz həyətlərində basdırıb. Faktla bağlı Neftçala rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10482
avatar

Mehman Nəbiyev

Oxşar yazılar