Azərbaycanda uşaq pornoqrafiyası ilə bağlı ümumilikdə 4 fakt aşkarlanıb.
Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin Azərbaycan Respublikasında insan alveri ilə bağlı cinayətlərlə mübarizə işinin vəziyyətinə dair 2005-2020-ci illər statistik məlumatlarında yer alıb.
Bildirilir ki, Cinayət Məcəlləsinin 171-1-ci ( Uşaq pornoqrafiyasının dövriyyəsi) maddəsilə 2017-ci ildə 1, 2020-ci ildə 3 fakt aşkarlanıb.
Ümumilikdə isə pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma ilə bağlı 67 fakt qeydə alınıb.