Azərbaycanda siqaret üstündə DƏHŞƏTLİ QƏTL:  o qədər döydü ki...
21 may 2021 10:31 (UTC +04:00)

Azərbaycanda siqaret üstündə DƏHŞƏTLİ QƏTL: o qədər döydü ki...

Bəzi kütləvi informasiya vasitələrində Mingəçevir şəhər sakini Eldar Abbasovun döyülərək öldürülməsi barədə məlumatlar yayılıb.

Bununla bağlı Mingəçevir şəhər Prokurorluğundan Lent.az-a bildirilib ki, mayın 18-də saat 18 radələrində Mingəçevir şəhəri ərazisində Eldar Abbasovun döyülməsi və aldığı xəsarətlərdən mayın 19-da xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Şəki rayon sakini Rəşad Salamovun heç bir əsaslı səbəb olmadan aralarında yaranmış mübahisə zamanı Eldar Abbasovu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətlərdən  xəstəxanada ölüb.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Rəşad Salamov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq  davam etdirilir.

Qeyd edək ki, hadisə siqaret üstündə baş verib. Rəşad Salamov Eldar Abbasov və bacısı oğlu Rizvan Məmmədovdan siqaret istəyib. Onlar bir ədəd siqaret verdikdə isə Rəşad bütün qutunu tələb edib. Bu zaman dava düşüb və dayı ilə bacı oğlu döyülüb. E.Abbasov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2574
avatar

Mehman Nəbiyev

Oxşar yazılar