Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Elvin Rzayevi saxlayıblar.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman müxtəlif bükümlərdə, külli miqdarda narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
İlkin dindirilmə zamanı saxlanılan şəxs narkotik maddəni satmaq məqsədi ilə əldə etdiyini etiraf edib. Hazırda E. Rzayevə narkotik maddəni satan şəxs və ya şəxslərin kimliklərinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Fakt üzrə Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.