Azərbaycanda kişi keçmiş arvadını öldürdü -YENİLƏNİB -VİDEO
26 may 2021 19:07 (UTC +04:00)

Azərbaycanda kişi keçmiş arvadını öldürdü-YENİLƏNİB-VİDEO

Mətnə video əlavə olunub.

Saat 16:34

 

Gəncədə qətl hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin Abbas Səhhət adlanan ərazisində, yaşayış binasının qarşısında qeydə alınıb.

Həmin ünvanda 39 yaşlı Amanov Qafar Cavanşir oğlu keçmiş həyat yoldaşı, 31 yaşlı Amanova Günay Ağamir qızını bıçaqlayıb. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisəni törədən Amanov Qafar Cavanşir oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Gəncə Şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. /APA/

Gəncədə küçədə qətl: kişi keçmiş arvadını öldürdü

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5310
avatar

Oxşar yazılar