Azərbaycanda dəhşətli QƏTL:  qohumunu öldürdü
03 may 2021 11:31 (UTC +04:00)

Azərbaycanda dəhşətli QƏTL: qohumunu öldürdü

Siyəzəndə qətl hadisəsi olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, mayın 2-də saat 11 radələrində Siyəzən rayonu, Zarat kəndində  Hüseynov Hüseyn Zülfüqar oğlunun bıçaqlanması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu Qabil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Hüseyn Hüseynova xəsarətlər yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Qabil Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq  davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2274
avatar

Mehman Nəbiyev

Oxşar yazılar