Azərbaycanda daha bir DƏHŞƏT:  evində öldürdülər
30 noyabr 2022 11:02 (UTC +04:00)

Azərbaycanda daha bir DƏHŞƏT: evində öldürdülər

Sumqayıtda qətl hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə noyabrın 30-da saat 10 radələrində Sumqayıt şəhəri Bağlar sahəsində qeydə alınıb. 46 yaşlı Aydın Həsənovun evində bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən A.Həsənovun Sumqayıt şəhər sakini, spirtli içki aludəçisi 47 yaşlı Anastasiya Həmzəyeva tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

O, saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, ötən gecə də Bakının Buzovna qəsəbəsində evə basqın edən şəxslər 1 ailənin 2 üzvünü öldürüb, 2-i yaralayıblar.

# 5823
avatar

Oxşar yazılar