Quldurluqda şübhəli bilinən qrupun daha iki üzvü saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyunun 14-də A.Nəsirovanın 831 manat pulu və mobil telefonu quldurluq yolu ilə talanıb.
Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qrupun digər üzvləri şəhər sakinləri K.Quliyev və əvvəllər məhkum olunmuş O.Əliyev saxlanılıblar.