Azərbaycanda borca görə axtarılan 19 nəfər saxlanıldı
12 aprel 2021 10:28 (UTC +04:00)

Azərbaycanda borca görə axtarılan 19 nəfər saxlanıldı

İstirahət günlərində Azərbaycanda 43 cinayətin üstü isti izlərlə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a  verilən məlumata görə, əvvəlki dövrlərdən qalan 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borcu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadissi baş verib, nəticədə 2 nəfər ölüb.

Narkotiklə əlaqəli 29,  qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1362
avatar

Oxşar yazılar