Tovuzda avtoqəzada ölən şəxsin kimliyi araşdırılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, 2012-ci il noyabrın 19-da Bakı-Qazax avtomagistral yolunun 423-cü km-də avtomobil naməlum piyadanı vurub. O, aldığı xəsarətdən Tovuz rayon Mərkəzi Xəstəxanasında ölüb.
Piyadanın üzərindən heç bir sənəd aşkar olunmayıb.
48-52 yaşlarında olan kişi orta bədən quruluşlu və saçları qaradır. Əynində qara manto, qara rəngli pencək, qara şalvar olub.
Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Tovuz rayon Polis Şöbəsinə və (022) 315-00-94; (050) 237-81-81 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Naməlum meyit