Azərbaycan bolqarıstanlı qadını beynəlxalq axtarışa verib.
Bu barədə Lent.az İnterpolun saytına isatinadən xəbər verir. Məlumata əsasən, Azərbaycan hüquq–mühafizə orqanları 33 yaşlı Bolqarıstan vətəndaşı Sevinc Niyazinin tapılması üçün İnterpola vasitəsilə beynəlxalq axtarış élan edib.
S.Niyazi kibercinayətkarlıqda və hədə-qroxu ilə külli miqdarda pul tələb etməkdə təqsirli bilinir.
Azərbaycan məhkəmələrində S.Niyazi təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.