Avtomobildən 25 min manat pul oğurlandı
26 fevral 2021 12:07 (UTC +04:00)

Avtomobildən 25 min manat pul oğurlandı

Xaçmazda avtomobildən külli miqdarda oğurluq edilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, fevralın 21-də rayon ərazisində “Mitsubishi” markalı avtomobildən 25.000 manat pul və içərisində sənəd olan pulqabı oğurlanıb.

Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılıb.

# 2022
avatar

Mehman Nəbiyev

Oxşar yazılar