Cibgirlik edən  Rövşən İsmayılov
15 mart 2021 10:18 (UTC +04:00)

Cibgirlik edən Rövşən İsmayılov

Avtobuslarda qadınlara qarşı xoş olmayan hərəkət edirdi

Gəncədə cibgirlik edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sərnişinlərin sıx olduğu vaxtlarda şəhərdaxili avtobuslarda cibgirlik edən, əvəllər dəfələrlə məhkum olunmuş, şəhər sakini, Rövşən İsmayılov saxlanılıb.

Araşdırma zamanı həmin şəxsin mart ayının 10-da avtobuslarda ümumilikdə 2 vətəndaşın çantasından mobil telefon oğurladığı müəyyən edilib. İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək oğurladığı mobil telefonları satdığını bildirib.

Faktlarla bağlı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. R. İsmayılovun digər şəhər və rayonların ərazisində də analoji cinayətlər etdiyi istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

# 2049
avatar

Mehman Nəbiyev

Oxşar yazılar