Ata və oğlu bıçaqlandı, biri öldü - YENİLƏNİB
15 aprel 2021 11:09 (UTC +04:00)

Ata və oğlu bıçaqlandı, biri öldü - YENİLƏNİB

Sabirabadda ata və oğlunu bıçaqlayan şəxs tutulub.

Cəlilabad rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aprelin 14-də saat 21 radələrində Cəlilabad rayonu, Ocaqlı kənd sakini 1988-ci il təvəllüdlü Əliyev Ceyhun Cabir oğluna bıçaqla xəsarətlər yetirilməsi, atası 1964-cü il təvəllüdlü Əliyev Cabir Saleh oğlunun isə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla Ceyhun Əliyevin tanışı, əvvəllər məhkum olunmuş Niftullayev Ragin Mirzəbala oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ceyhun Əliyevə çoxsaylı xəsarətlər yetirməsinə, daha sonra həmin bıçaqla sonuncunun atası Cabir Əliyevə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ragin Niftullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. 

***

saat 10:15

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi ölümlə nəticələnib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Qarazəncir kəndində ata və oğul bıçaqlanıb. Nəticədə bıçaq xəsarəti alan Ceyhun Cabir oğlu Əliyev xəstəxanaya yerləşdirilib, atası Cabir Əliyev isə ölüb.

Hazırda hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3279
avatar

Oxşar yazılar