Arvadını 14 bıçaq zərbəsi ilə öldürmüşdü – HAKİM QARŞISINDA
17 avqust 2026 14:50 (UTC +04:00)

Arvadını 14 bıçaq zərbəsi ilə öldürmüşdü – HAKİM QARŞISINDA

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Firuz Qasımovun cinayət işi üzrə məhkəmə hazırlıq prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə anket məlumatlarını dəqiqləşdirib, təqsirləndirilənə şəxsə onun hüquq və vəzifələri izah olunub.

Məhkəmə tərkibi qısa müşavirədən sonra işin məhkəmə baxışına təyin olunduğunu, 31 avqust saat 14:45-ə təyin edildildiyini elan edib.

Xatırladaq ki, hadisə 21 yanvar 2026-cı il tarixdə Bakıda baş verib. Belə ki,

40 yaşlı Günel Tapdıq qızı Abbasova çalışdığı marketdən çıxıb bacısının evinə gedərkən əri, 1989-cu il təvəllüdlü Firuz Akif oğlu Qasımov onun qarşısını kəsib.

Firuz Qasımov ona boşanmaq üçün məhkəməyə ərizə verməsinə görə hədə-qorxu gəlib. Qadın isə boşanacağını deyib. Bundan hiddətlənən Firuz həyat yoldaşının sinəsinə 14 bıçaq zərbəsi vurub. Qadın hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, F.Qasımov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıq və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilərək məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Bildirilir ki, ailə son 10 il ərzində paytaxtda kirayə yaşayıb. Firuz Qasımovun anasının il mərasimindən sonra rayondan Bakıya qayıdaraq cinayəti törətdiyi bildirilir.

 Onların birgə nikahdan iki yeniyetmə övladı var. Günel Abbasova bir aydır ki, yoldaşından uzaqlaşıb bacısının evində yaşayırmış.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar