Rusiyanın Sankt-Peterburq şəhərində ana öz qızını qətlə yetirməkdə ittiham olunub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Apraksin döngəsindəki binanın mənzilində baş verib. İlkin məlumata görə, qadın körpəni boğaraq öldürüb, sonra onu çantaya qoyub divanın içinə gizlədib və hadisə yerindən qaçıb.
Bir müddət sonra qızın atası evə qayıdıb və körpənin meyitini aşkar edib.
Qadın barəsində azyaşlının qətli maddəsi ilə cinayət işi açılıb, ona artıq ittiham irəli sürülüb və yaxın vaxtlarda ona qarşı qətimkan tədbiri seçiləcək.
Məlum olub ki, cinayət törədilən anda qadın sərxoş vəziyyətdə olub. O, valideynlik öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi üçün nəzarətdə saxlanılırmış.