Başqırdıstan Respublikasının Tuymazinski rayonunda kişi keçmiş arvadının 93 yaşlı bibisini boğaraq öldürüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, keçmiş həyat yoldaşı kişidən təqaüdçüyə baxmasını istəyib. Kişi oktyabr ayında yaşlı qadına baş çəkməyə gəlib, lakin o, kömək etmək əvəzinə qonşu otaqda spirtli içkilər içməyə başlayıb. Bu isə yaşlı qadının xoşuna gəlməyib və onu danlayıb.
Kişi özünü saxlaya bilməyib və köynəklə təqaüdçünü boğub. Yaşlı qadının meyitini zirzəmidə gizlədib və keçmiş arvadına bibisini sanatoriyaya göndərdiyini deyib.
Üç ay sonra o, hadisəni mərhumun yaxınlarına etiraf edib və polisə gedib. Həmin şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci “Qətl” maddəsi ilə cinayət işi açılıb.