Polisin götürdüyü narkotik
08 may 2021 18:32 (UTC +04:00)

Polisin götürdüyü narkotik

70 min manatlıq heroin ələ keçirildi - FOTO

Gəncədə "qara bazar"da qiyməti təxminən 70 min manat olan, külli miqdarda narkotik maddə heroin və tiryək dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, satış məqsədi ilə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elsevər Nəbiyev şəhər ərazisində saxlanılaraq şəhər Baş Polis İdarəsinə gətirilib. Onun üzərinə baxış zamanı bir ədəd kağız bükümdə, çəkisi 3 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin şəhər ərazisindəki mənzilinə baxış zamanı oradan sellofan torbada, çəkisi 1 kiloqram 30 qram narkotik maddə heroin və sellofan bükümdə çəkisi 609 qram narkotik vasitə tiryək aşkar edilib.

Götürülən maddi sübutlar ekspertiziyaya təqdim edilib. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitə istifadə etdiyini və satdığını bildirib. E. Nəbiyev barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

# 1890
avatar

Mehman Nəbiyev

Oxşar yazılar