7 yaşlı Sərvəti anası və ögey bacısı döyə-döyə öldürdü
03 yanvar 2025 19:16 (UTC +04:00)

7 yaşlı Sərvəti anası və ögey bacısı döyə-döyə öldürdü

Türkiyədə 7 yaşlı oğlanı anası və ögey bacısı döyə-dəyə öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhərinin Fateh qəsəbəsində baş verib.

Təqsirləndirilən şəxs özbəkistanlı ögey bacı 20 yaşlı Mehribanu Nəbiyevanın sözlərinə görə, 7 yaşlı Sərvət Nəbiyev əynində sadəcə köynək olduğu halda alt paltarsız halda 5 yaşlı bacısı Mələyi qucaqlayıb. Bunu gördüyü üçün o, dəmir boru ilə Sərvətin ayaqlarına və bədəninə vurub. Zərbələrin təsirindən azyaşlı huşunu itirib. Ögey bacı uşağın üzünə su tökərək onu ayıldıb. Ona su versə də, içməyib. Mehribanu Nəbiyevanın sözlərinə görə, anası Nilufər Nəbiyeva da evə gələndən sonra hadisəni eşidib və Sərvəti vurub. Bundan sonra ana uşağına zorla yemək yedirib və o, yediklərini qusaraq, yatıb. Səhəri günü isə Sərvət yuxudan oyanmayıb.

Uşağı vuran ana və ögey bacı saxlanılaraq, istintaqa təhvil veriliblər. Məhkəmə-tibbi ekspertiza şöbəsi uşağın döyülərək öldüyünü sübuta yetirib. Təqsirləndirilən şəxslər barəsində “qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda” maddəsilə cinayət işi açılıb. Prokuror onların 8 ildən 12 ilədək həbsini tələb edib.

Təqsirləndirilən şəxslər barəsində yaxın günlərdə Ağır Cinayətlər Məhkəməsi yekun qərar verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3018
avatar

Oxşar yazılar