64 yaşlı kişidən DƏHŞƏTLİ ƏMƏL:  arvadının başına çəkiclə o qədər vurdu ki...
03 noyabr 2021 10:31 (UTC +04:00)

64 yaşlı kişidən DƏHŞƏTLİ ƏMƏL: arvadının başına çəkiclə o qədər vurdu ki...

Bakıda ər arvadını çəkilə vurub.

Binəqədi rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, oktyabrın 25-də Binəqədi rayonu, Biləcəri qəsəbə sakini 52 yaşlı Gülnarə Namazovaya xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 64 yaşlı Sərdar Namazovun  şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülnarə Namazovanın baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr vurvaraq onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb. Sərdar Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3858
avatar

Mehman Nəbiyev

Oxşar yazılar