Sabirabadda arvadını baltalayıb öldürən Eyvaz Məmmədovun cinayət işi üzrə ibtidai istintaq tədbirləri başa çatıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim İlkin Abdullayevin icraatına verilib.
Xatırladaq ki, qətl hadisəsi ötən il sentyabrın əvvəlində Sabirabad rayonunun Hacıbəbir kəndində qeydə alınıb. Həmin kəndin sakini, 47 yaşlı Məmmədov Eyvaz Xeyrulla oğlu qısqanclıq zəminində həyat yoldaşı, 41 yaşlı Məmmədova Təranə Həmid qızına baş nahiyəsindən 3 balta zərbəsi vuraraq qətlə yetirib. Onların birgə nikahından 2 övladı var.