Astarada 18 yaşlı gənc bıçaqlanıb.
APA-nın məlumatına görə, hadisə gecə saatlarında şəhər ərazisində baş verib.
18 yaşlı Elmar Sadıx oğlu Məlikzadə mübahisə zəminində tanışı 24 yaşlı Elçin Vüqar oğlu Hüseynli tərəfindən bıçaqlanıb. Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına gətirilib. Bir neçə bıçaq yarası alan E.Məlikzadə təcili əməliyyat olunub. Hadisəni törədən E.Hüseynli isə artıq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.