13 manata  görə qoca qadını öldürən azərbaycanlıya 11 il CƏZA
29 iyul 2026 16:30 (UTC +04:00)

13 manata görə qoca qadını öldürən azərbaycanlıya 11 il CƏZA

0

Şəki Ağır Cinayətlər Məhkəməsində Rusiyada 16 il öncə tamah məqsədilə 73 yaşlı qadını qətlə yetirməkdə təqsirləndirilən A.B-yə hökm oxunub.

Lent.az xəbər verir ki, hakim Xaliq Məmmədovun sədrli ilə məhkəmə tərkibi təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini elan edib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Zərərçəkənin nəvəsi tərəfindən verilən 13 min manatlıq mülki iddia qismən təmin edilib və ona 5 min manat ödənilməsinə qərar verilib.

Xatırladaq  ki, hadisə 2010-cu ildə Rusiya Federasiyasının Orlov vilayətinin Livni şəhərində baş verib. İttihama görə, təqsirləndirilən şəxs Rusiyada yaşadığı dövrdə işlədiyi obyektin 5600 rubl pulunu müdriyyətin xəbəri olmadan götürüb və qumar oyunlarında uduzub. O, uduzduğu pulu bərpa etmək məqsədilə həmin ilin noyabr ayında birgə yaşadığı qadının nənəsi, 1937-ci il təvəllüdlü Tamara Studennikovanın mənzilinə qanunsuz daxil olub. Təqsirləndirilən şəxs mənzildə tək olan yaşlı qadına hücum edərək onun baş və bədən nahiyələrinə yumruqla çoxsaylı ağır zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxs ağır açıq kəllə-beyin travması alıb. O, mənzildən dəyəri 534 rubl (təxminən 13,35 manat) olan "Nokia" markalı mobil telefonu götürərək hadisə yerindən qaçıb. Xəstəxanaya yerləşdirilən Tamara Studennikova aldığı xəsarətlərdən reanimasiya şöbəsində vəfat edib.

Hadisədən sonra Rusiya Federasiyasından Azərbaycana qayıdan və uzun müddət istintaqdan gizlənən şəxs barəsində beynəlxalq axtarış elan edilib. Cinayət işi üzrə icraat Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına həvalə olunduqdan sonra o, məsuliyyətə cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 126.3 (sağlamlığa qəsdən ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmə) maddələri ilə yekun ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 502

Oxşar yazılar