Şamaxıda 10 yaşlı oğlanın zorlanması ilə bağlı yeni təfərrüatlar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, təyin olunmuş ekspertiza nəticəsində 10 yaşlı oğlanın zorlanması faktı öz təsdiqini tapıb.
Onu zorlamaqda şübhəli bilinənlar, azyaşlının həmkəndliləri - 23 yaşlı P.M və 17 yaşlı P.N törətdikləri əməli etiraf ediblər.
Onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.
Bu gün həmin şəxslər məhkəmə qarşısına çıxarılacaq. Onların barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilən təqdimata baxılacaq.