Yeni qəpiklər buraxıldı - FOTO
27 iyul 2022 13:30 (UTC +04:00)

Yeni qəpiklər buraxıldı - FOTO

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən 10, 20 və 50 qəpiklik metal pul nişanlarının dizaynına Dövlət Gerbi və istehsal ili əlavə olunaraq yenilənməsi həyata keçirilib.

Lent.az xəbər verir ki, bu barədə AMB-nin məlumatında bildirilib. 

Belə ki, yenilənmiş 20 qəpiklik metal pul nişanının ötən ilin dekabr ayından tədavülə buraxılması təmin edilib.

Bildirilib ki, yenilənmiş metal pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Yenilənmiş metal pul nişanlarının texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanlarına uyğundur, onlarla paralel dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

# 3432
avatar

Oxşar yazılar