Yol tikintisi bahalaşıb
06 may 2014 18:31 (UTC +04:00)

Yol tikintisi bahalaşıb

 

 

Azərbaycanda bu ilin tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,4% ucuzlaşıb. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.  Yerüstü tikililər bölməsində 0,6 faiz ucuzlaşma, yol və körpü tikintisində isə 0,9 faiz bahalaşma müşahidə edilib.

 

Cari ilin birinci  rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,7 faiz, sosial təyinatlı binaların tikintisi üzrə 0,4%, istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər 0,7 faiz ucuzlaşıb.

 

Rüb ərzində yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4%, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə 0,8%, sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə 0,1%, ümumtəhsil məktəblərinin tikintisi üzrə 0,5%, istehsal təyinatlı obyektlərdən isə sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,7% ucuzlaşıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 880
avatar

Oxşar yazılar