Yeni peyklərimiz xidmətlərin ixracı üçün nəzərdə tutulacaq
13 fevral 2014 14:10 (UTC +04:00)

Yeni peyklərimiz xidmətlərin ixracı üçün nəzərdə tutulacaq

 

 

Azərbaycanın ikinci və üçüncü süni peyklərinin orbitə çıxarılması layihələri kommersiya xarakterli olacaq və əsasən xidmətlərin ixracı üçün nəzərdə tutulacaq. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.


 

Qeyd edək ki, ötən ilin fevralında orbitə ilk süni milli telekommunikasiya peykini çıxaran Azərbaycan növbəti mərhələdə yer səthinin müşahidəsi üçün nəzərdə tutulan aşağı orbitli peyki, daha sonra isə ikinci telekommunikasiya peykini kosmosa buraxacaq.


Nazirin sözlərinə görə, «Azerispace-1» süni peykinin ölkə üzrə nəzərdə tutulan 20%-i tam dolmayıb: «Odur ki, ikinci peykin xarici bazarlara çıxarılması planlaşdırılıb. Bu bizim kosmik fəzada mövqelərimizi, kosmik xidmətlər bazarında rəqabət qabiliyyətimizi artıracaq, o cümlədən, «Azərkosmos»a əlavə gəlir gətirəcək».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 711
avatar

Oxşar yazılar