Yeni müəssisələr daha çox Bakıda açılıb
10 oktyabr 2014 15:45 (UTC +04:00)

Yeni müəssisələr daha çox Bakıda açılıb

0

 

Bu ilin yanvar-sentyabr aylarında ölkədə qeydiyyata alınmış müəssisə və təşkilatların sayı artmaqda davam edərək 5491 olub. Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, yeni müəssisələrin 57,3 faizi Bakıda, 8,8 faizi Aran, 8,2 faizi Abşeron, 7,7 faizi Lənkəran iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib. 


Yanvar-sentyabr aylarında 55664 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 544

Oxşar yazılar