Vergilər Nazirliyi xətti ilə büdcəyə nə qədər vəsait ödənilib?
11 fevral 2014 18:22 (UTC +04:00)

Vergilər Nazirliyi xətti ilə büdcəyə nə qədər vəsait ödənilib?

Bu ilin yanvar ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 780,352 mln. manat təşkil edib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz çoxdur.

 Bu məbləğin 48,9 faizi mənfəət vergisi, 21,2 faizi əlavə dəyər vergisi, 8,2 faizi fiziki şəxslərin gəlir vergisi, 9,1 faizi aksizlər, 12,6 faizi isə digər vergilərin payına düşüb.

 Qeyri-neft sektoru üzrə büdcəyə 330,880 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz çoxdur.

 Yanvar ayında ölkə üzrə 8 622 vergi ödəyicisi qeydiyyata alınıb. Bu ilin fevralın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 544 981 təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,4% çoxdur.

 Bu ilin yanvar ayı ərzində ölkə üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 92,2% təşkil edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 886

Oxşar yazılar