Ötən il dövlət vergi orqanlarına 66140 müraciət daxil olub. Vergilər Nazirliyindən Lent.az-a verilən məlumata görə, onlardan 97,9 faizi ərizə, 1,9 faizi şikayət, 0,2 faizi təklif olub, 394 müraciətin icrası xüsusi nəzarətə götürülüb. Müraciətlərin 33 faizi müxtəlif arayışların alınması, 27,3 faizi kameral vergi yoxlamaları, 8,4 faizi vergi borcları, 7,9 faizi səyyar vergi yoxlamaları, 23,4 faizi isə digər məsələlərlə bağlı olub.
Müraciətlərin ümumi sayından 78 faizi müsbət həll olunub. Ümumilikdə şikayətlərin 44,2 faizi əsassız sayılıb.
Hesabat dövrü ərzində Apelyasiya Şurasında baxılaraq barəsində müvafiq qərarlar qəbul edilmiş 13 vətəndaş müraciətinin 4-ü təmin edilib.
2013-cü ildə vətəndaş müraciətlərinə baxılması nəticəsində vəzifə funksiyalarının icrası zamanı qanun pozuntusuna yol vermiş 35 əməkdaş barəsində intizam tənbehi tətbiq edilib, o cümlədən 25 əməkdaşa töhmət, 8 əməkdaşa sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, 1 əməkdaşın xüsusi rütbəsi bir pillə aşağı salınıb, 1 əməkdaşın vergi orqanlarında xidmətinə xitam verilib.